SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan ərazilərdəki hərbi obyektlərə əks hücumları davam edir.

BAKU.WS xəbər verir ki, Milli Ordunun cavab atəşləri nəticəsində Xankəndidəki hərbi qarnizonun binası məhv edilib.

Hərbi obyektin ermənilər üçün strateji önəm kəsb etdiyi deyilir.

İşğalçı ölkənin mediası dağıdılan qarnizonun şəkillərini mülki əhalinin binasına dəymiş ziyan kimi təqdim edir.

Qeyd edək ki, buna qədər də Xankəndi şəhəri ətrafında hərbi bazalar sıradan çıxarılmışdı.


BAKU.WS