SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış rusiyalı jurnalist Vladimir Solovyov "YouTube"dakı "Solovyov LİVE" kanalında Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti müzakirə edib.

BAKU.WS xəbər verir ki, Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Vardan Toqanyanın "UAZ markalı avtomobildə olan Azərbaycan silahlı qüvvələrinin hərbçiləri Tavuş istiqamətində Ermənistan sərhədini pozmağa cəhd edib" sözlərinə Vladimir Solovyovun cavabı belə olub:

"Biz sizinlə ciddi insanlarıq. Azərbaycan ordusu yaxşı təchiz olunub. Onların döyüş texnikaları var, avadanlıqlara, döyüşçülərin təliminə çoxlu pul qoyublar. Hansı UAZ hücum zamanı istifadə oluna bilər? Axı bu, şəraitə görə mümkün deyil. UAZ hər hansı hücum edə bilməz, onlar sadəcə azıblar. Hücum edən və sərhədi keçən UAZ-lardan söhbət gedə bilməz".

BAKU.WS
VİDEO