SİZİN REKLAM BURADA!
055 213 76 73


Karantin rejimi tətbiq olunandan hər gün minlərlə insan dəfndə iştirak etmək adı ilə evdən çıxır.
BAKU.WS xəbər verir ki, gün ərzində 8103 nömrəsinə 3-cü icazə növü üzrə 30 minə yaxın SMS daxil olur. Bəli, 30 min insan yaxın qohumunu torpağa tapşırmaq istəyir.

Dəfn mərasimində iştirak etmək üçün göndərilən SMS-in say çoxluğunu yerində araşdırmaq üçün ARB Xəbər qəbiristanlıqlara yollanıb. Bir neçə məzarlığa baş çəkən çəkiliş qrupu heç bir məzarlıqda kütləvi dəfn mərasiminə rast gəlməyib. Qəbiristanlıqlarda molladan başqa heç kim olmayıb. 

10 nəfərdən götürsən, belə çıxır ki, ölkədə hər gün 3 min insan ölür. Rəqəmin real olmadığını vəziyyətə nəzarət üçün təlimatlandırılan polis əməkdaşları da yaxşı anlayır. Dəfn mərasimi üçün icazə alanlar sorğu-sual edilir. Şübhəli məqamlar üzə çıxarsa, protokol tərtib edilir.

8103 nömrəsinə 3 yazaraq mesaj göndərib, uzaq qohumunun dəfnində iştirak edənlər də var. Amma bu icazə uzaq qohumun-tanışın yox, yaxın qohumun dəfnində iştirak etmək üçündür. Yaxın qohum isə bunlardır; nənə, baba, valideyn, bacı, qardaş, həyat yoldaşı, övlad və nəvə.

Xüsusi olaraq qeyd edək, ölkədə yas mərasimlərinin keçirilməsi qadağandır. Bu icazə yalnız dəfndə iştirak etmək üçün verilir. 

Yalandan yas icazəsilə evdən çıxan 115 nəfər pul cəriməsilə cəzalandırılıb.

Aysel
BAKU.WS
VİDEO