SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün paytaxtda xidmət sektorundakı otellər, restoranlar, kafe, barlar və digər bu tipli müəssisələr üçün peşəkar mətbəx avadanlıqlarının satışı və sonrakı xidmətləri ilə məşğul olan “RS-HoReCa” dükanının açılış mərasimi baş tutub.

Yusif Vəzir Çəmənzəminli küç. 18-də yerləşən mağazanın açılış mərasimində tanınmış iş adamları, otel və restoran sahibləri, məşhur simalar iştirak ediblər.

“RS-HoReCa” Azərbaycanda “One-stop-shopping” konsepti ilə müştərilərin qarşısına çıxan ilk və yeganə brenddir. Belə ki, artıq müştəri öz işi üçün bir neçə yerə müraciət etmək məcburiyyətində qalmayacaq – “RS-HoReCa” bütün sahələri özündə birləşdirir və sifarişçini masaüstü xırda məhsullardan tutmuş, ağır mətbəx avadanlıqları, təmizlik və sanitariya üçün nəzərdə tutulan inventar, spesifik bar və şərab sevənlər üçün ləvazimatlara qədər təmin edir.

Şirkətin baş direktoru Rəfael Şirinov çıxışında qeyd edib ki, “RS-HoReCa” əksəriyyəti Avropa olmaqla, dünyanın 70-dən çox brendini bir araya toplayıb. Bu şirkətlərin bir çoxu ilə eksklüziv distribyutorluq şərtləri üzərində çalışırıq, yəni ölkəmizdə bu şirkətin yeganə rəsmi təmsilçisiyik.

Mağazanın satış direktoru Ayaz Məmmədov öz növbəsində bildirib:

“RS-HoReCa”nın peşəkar heyəti layihənin ilk mərhələsindən sonuna kimi müştəriyə tam dəstək göstərir. Təqdim olunan bütün avadanlıqlara 1 il zəmanət verilir və eyni zamanda da artıq hazır mətbəxlərə də servis xidməti göstərilir.

Qeyd edək ki, “RS-HoReCa” fəaliyyət göstərdiyi illər ərzində bir sıra uğurlu layihələrə imza atıb. Bunlara misal olaraq British Petrolium şirkətinin Port Baku-da yerləşən baş ofisinin mətbəx və yeməkxanasının tam qurulmasını göstərmək olar.

BAKU.WS
QALEREYA