VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 9-10 tarixlərində Göyçay şəhərində Nar festivalı keçirilib.

BAKU.WS xəbər verir ki, 30 mindən çox iştirakçının qatıldığı tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Həmçini festival qonaqları yerli əhalinin ustalıqla hazırladıqları nar şirəsinin, nar şərabının, nardançanın, xüsusi bəslənmiş narların dadına baxmaq imkanı əldə ediblər.

Habelə, festivalda narın satışı da təşkil edilib. Festival qonaqları ən keyfiyyətli narları festival çərçivəsində ucuz qiymətə almaq imkanı əldə ediblər.

Qeyd edək ki, sayca 14-cü festivalda “Gəncə Şərab-2” Zavodu da iştirak edib.

“Gəncə Şərab-2” Zavodunun əməkdaşı Teymur Xəlilov BAKU.WS-ə açıqlamasında bildirib ki, artıq 2 ildir zavodda nar şərabı istehsal olunmağa başlanıb.

“Gəncə Şərab-2” Zavodu 1984-cü ildən fəaliyyət göstərir. Azərbaycanın ən böyük müəssisəsidir. Bizdə 40-dan çox şərab növləri var. Hazırda bizdə ən azından 2 növ nar şərabı var, premium və premiumdan bir az aşağı nar şərabları”, - deyə Teymur Xəlilov bildirib.

Zavod rəsmisi bildirir ki, yerli bazarla yanaşı, ixraca da böyük önəm verilir.

“Şəraba olan təlabat faizinə görə həm Azərbaycanda birinci yerdəyik, həm də Rusiyaya ixracda ön sıralardayıq. Azərbaycanda ən məşhur qırmızı kəmşirin şərabıdır. Həm “Sevgilim”, həm də “Hill side” şərablarımız məşhurdur. Düzdür, kəmşirin şərabları daha çox satılsa da, artıq turş şərabları da içilməyə başlanılıb. Turş şərabları daha klassikdir. Müştərilərin daha çox tələb etdiyi şərabları istehsal edirik. Bazarda nə tələb olunursa, həmin şərabı istehsal etməyə bütün imkanlarımız var.

Teymur Xəlilov deyir ki, “Gəncə Şərab-2” Zavodunun fəaliyyəti Azərbaycan iqtisadiyyatına töhfə verir və “Made in Azerbaijan” brendini xaricdə tanıtmaqda xüsusi rolu var:

“Son 4 ildə Azərbaycanda turizm sahəsi daha çox inkişaf edib. Əgər hansısa ölkə şərab buraxırsa, turizm orada inkişaf edirsə, şərabçılıq həmişə turizmlə birlikdə inkişaf edir. Hazırda Azərbaycanda turizm inkişaf edir və bununla əlaqədar şərabçılıq inkişaf edir. Şərab istehsalı güclənir, şərabdan istifadə, şərab içmək kimi qaydalar inkişaf edir. Azərbaycan araqdan şərablara doğru inkişaf edir”.

BAKU.WS
VİDEO

QALEREYA