SİZİN REKLAM BURADA!
055 213 76 73


“2 aylıq danışıqlardan sonra “Xəzər TV”nin səhmləri “Socar Media” qrupunun nəzarətinə keçib”.

BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında “Xəzər” Televiziyasının Xəbərlər Departamentinin müdiri İnqilab Məmmədov bildirib.

O qeyd edib ki, “Socar Media” qrupu isə Murad Dadaşovu “Xəzər” Televiziyasının yeni prezidenti təyin edib.

İ. Məmmədov deyib ki, artıq Murad Dadaşov kollektivə təqdim olunub.

***16:59

Xəzər TV-yə direktor təyin edilib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, yeni direktor Xalq artisti Murad Dadaşovdur.

Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.

Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, 1985-1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.

Tanınmış teleaparıcı, prodüser, aktyor olan Murad Dadaşov “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, “M Group Production” şirkətinin prezidenti, “20-ci əsrin çempionları” titulunun sahiblərindən biridir. O, 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildə isə Xalq artisti adına layiq görülüb.

BAKU.WS