SİZİN REKLAM BURADA!
055 213 76 73


İnadkar dəvə Özbəkistanın paytaxtı Daşkənddən Rusiyanın paytaxtı Moskvaya gedən sərnişin qatarına problem yaradıb.

BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumata görə, sərnişin qatarı dəmir yoluna çıxan dəvə ucbatından 44 dəqiqə gecikib.

Hadisə Həştərxan vilayətindəki Rusiya-Qazaxıstan sərhədi yaxınlığında baş verib.

Heyvan relsin üzərinə çıxaraq qatarla eyni istiqamətdə hərəkət edib. Maşinist səs siqnalı versə də, dəvə bir müddət buna əhəmiyyət verməyib.

BAKU.WS
VİDEO