SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Lipetsk vilayətindəki M-4 Don avtomobil yolunun 356-cı km-də avtobusun aşması nəticəsində iki nəfər ölüb, 15 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKU.WS-in məlumatına görə, qəza nəıticəsində 17 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanada ölüb. 

Ehtimal olunur ki, sürücü idarəetməni itirib və avtobus xəndəyə düşüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəza yerinə əməliyyat xidmətlərinin nümayəndələri göndərilib. Avtobus Moskva - Tbilisi reysi ilə hərəkət edirmiş.

BAKU.WS