SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.

BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, İraq Müdafiə Nazirliyi hücumla bağlı açıqlama yayıb. 

Həmin açıqlamada bildirilir ki, ABŞ əsgərlərinin olduğu hərbi bazaya 8 raket atılıb. Hücumlar zamanı 4 İraq əsgərinin yaralandığı məlum olub.

ABŞ əsgərlərinin çoxunun ötən həftə olduğu kimi əməliyyatlardan 2 saat öncə bazadan çıxıb. 

BAKU.WS