SİZİN REKLAM BURADA!
055 213 76 73


Qasım Süleymaninin öldürüldüyü anın videogörüntüləri yayılıb.

BAKU.WS REN TV-yə istinadən xəbər verir ki, görüntülərdə Bağdan aeroportuna atılan raket zərbələri və partlayış görünür. Zərbə general Qasım Süleymaninin da içində olduğu maşın konvoyuna endirilir. İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.

“Report” xəbər verir ki,bu barədə “PRESS TV” məlumat yayıb.

Qeyd olunub ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.

Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.

Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.

“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi. Süleymani, bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”.

BAKU.WS
VİDEO

QALEREYA