SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
İran Rusiya raketlərinin ölkə ərazisinə düşməsi xəbərlərini təkzib edib.
 
BAKU.WS-in məlumatına görə, bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, Rusiyanın Xəzərdən İŞİD terrorçularının bazalarına tuşlanan 26 raketin hamısı lazımi nöqtələrə çatıb.  
 
 
İran mətbuatı isə, "CNN" telekanalının yaydığı bu cür informasiyaların "Qərbin psixoloji müharibəsi" kimi xarakterizə edib. Bundan əvvəl isə Rusiya Federasiyası Müdafiə Nazirliyi raketlərin İran ərazisinə düşməsi haqqında iddiaları təkzib edib: CNN-dən fərqli olaraq, biz anonim mənbələrə istinadən danışmırıq. Bizim raketlərimizin işə düşdüyünü və vurulmuş hədəfləri praktik olaraq göstəririk", — deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib. 

Qeyd edək ki, ötən gün Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər Flotiliyasının gəmilərindən Suriyaya 26 raket zərbəsi endirilib. CNN telekanalı isə öz mənbələrinə istinadən 4 Rusiya raketinin İranın ərazilərinə düşdüyünü iddia edib.
 
BAKU.WS