VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gün Rusiya hərbi təyyarəsi Suriya ərazisində Türkiyə hərbi kontingentinin olduğu binaya zərbə endirib. 

BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, hadisə saat 08:40-da baş verib. Rusiyaya məxsus hərbi təyyarənin türk əsgərlərinin qaldığı binanı bombalaması nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb.  

Hadisənin pilotun səhvi ucbatından baş verdiyi qeyd olunub: "Rusiya Federasiyasının səlahiyyətli şəxsləri olayın bir qəza olduğunu deyərək üzüntülərini və başsağlığı diləklərini çatdırdılar. Hər iki tərəf hadisə ilə bağlı araşdırma aparır. Bundan başqa, Rusiya prezidenti hörmətli Vadimir Putin prezidentimiz, hörmətli Rəcəb Tayyib Ərdoğana üzüntülərini çatdırıb və başsağlığı verib".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD-ə qarşı "Fərat qalxanı" adlı hərbi əməliyyat keçirir. Son iki gün ərzində Əl Bab qəsəbəsi uğrunda döyüşlərdə 10 türk hərbçisi həlak olub.