SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağır qəza törədən məşhur ekstrasens Almaz Yolçiyeva (Ədilova) özünün və qızlarının vəziyyətinin yaxşıdır. 

Almaz BAKU.WS-ə açıqlamasında özünün və qızlarının vəziyyətinin yaxşı olduğunu bildirib:

"Biz yaxşııyıq. Qızlarım da, mən də evdəyik. Qardaşımın oğlu öldü. Qabaqda mənim yanımda oturmuşdu. Maşın onun tərəfdən aşdı. Qızlarım arxada oturmuşdu, ona görə yüngül xəsarət aldılar. Şokdayam, nə edəcəyimi, hansı addım atacağımı bilmirəm. Hələ ki vəziyyəti tam dərk etmirəm".

Ekstrasens qarşı tərəfdən gələn avtomobilin qəzaya səbəb olduğunu deyir:

"Qəfildən qarşımıza bir maşın çıxdı. Onu vurmamaq üçün sükanı döndərdim və aşdıq. O maşından sağ çıxmağımız möcüzədir".

Xatırladaq ki, hadisə 21 dekabr tarixində saat 16 radələrində Hacıqabulun Atbulaq kəndi ərazisində baş verib. Ekstarsensin idarə etdiyi “Toyota" markalı avtomobilin aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə Almaz Yolçiyevanın sərnişinlərindən biri, qardaşı oğlu Fuad Ədilov xəstəxanaya aparılarkən yolda ölüb. Digər yaralılar 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi, 2016-cı il təvəllüdlü Qarayev Fərid, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən və 2004-cü il təvəllüdlü Qarayeva Nərmindir.

Zülfiyyə Qurbanova
BAKU.WS