SİZİN REKLAM BURADA!
055 213 76 73


Dekabrın 11-də birjaya çıxan Səudiyyə Ərəbistanının neft şirkəti "Saudi Aramco"nın səhmləri 10 faiz artıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"IPO"-da qiymətli kağızların dəyəri 8,5 dollar təşkil etsə də, ticarətin ilk günündə səhmlər 9.39 dollara qalxıb. Beləliklə şirkətin bazar kapitallaşması 1,88 trilyon dollar təşkil edib.

"Saudi Aramco" şirkəti "Apple"ni dünyanın ən bahalı şirkəti statusundan məhrum edib. Hazırda "Apple"nin kapitallaşması 1,19 trilyon dollardır.

BAKU.WS