SİZİN REKLAM BURADA!
055 213 76 73


İran hökuməti İraqda baş verən kütləvi aksiyalar səbəbindən İraq vətəndaşlarının ölkəyə girişini qadağan edib.

BAKU.WS “Haber7”yə istinadən xəbər verir ki, qadağa 24 oktyabrdan etibarən 2 ay müddətinə qüvvədə olacaq.

Bu addımın təhlükəsizliyi qorumaq məqsədilə atıldığı bildirilir.

Xatırladaq ki, ötən həftə İran İraqla sərhəddə 2 keçid məntəqəsini bağlamış və sonra açmışdı.

Qeyd edək ki, İraqda baş verən iğtişaşlarda 120 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb.
BAKU.WS