SİZİN REKLAM BURADA!
055 213 76 73


İraqda 5 gündür davam edən kütləvi etiraz aksiyalarında polislərlə aksiya iştirakçıları arasındakı toqquşmalarda ölü sayı 65-ə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Yaralı sayının isə 1936 nəfər olduğu açıqlanıb.

İddialara görə, Bağdadın bir neçə yerində snayperlər tərəfindən öldürülən şəxslər aşkarlanıb. Vurulan şəxslər arasında həm polislər, həm də etirazçılar var.

Polislər və aksiyaçıların eyni şəxslər tərəfindən vurulmasının faktının, həmçinin aksiyanın “Ərbəin” yürüşü ərəfəsində başlaması, həm də nümayişlərin konkret liderinin olmaması kənar qüvvələr tərəfindən müdaxilə olması iddiasını gücləndirib. Hazırda bu məsələdə daha çox Səudiyyə Ərəbistanı və ABŞ-ın adı hallanır.


Belə ki, ötən ay Yəməndə husi qüvvələrinin öncə S.Ərəbistanındakı neft kəmərlərini vurması, ardınca 2 briqadanı məhv edərək 2 min döyüşçünü əsir götürməsinə cavab olaraq İraqda şiələrin “Ərbəin” yürüşü öncəsi kütləvi aksiyalar başlatdığı bildirilir. Üstəlik aksiyaların daha çox şiələr yaşayan bölgələrdə - Bağdad, Nəcəf, Kərbəla, Ziqar, Maysan, Babil və Bəsrə əyalətlərində keçirilməsi də bu iddianı təsdiq edir.

Hazırda bu hadisələr fonunda ən çox müzakirə edilən məsələlərdən biri də “Əsaibul Haqq” təşkilatının rəhbəri Qeys Xəzalinin 1 ay öncə verdiyi açıqlamasıdır. O, açıqlamasında bildirmişdi ki, İraq daxilində olan bəzi siyasi qüvvələr xarici dövlətlərin dəstəyi ilə aksiyalar planlaşdırırlar:


“Problem İsrail, ABŞ və bəzi ərəb dövlətlərinin təqdim etdiyi “Əsrin müqaviləsi”nə qoşulmamaqdır. Onlar istəyirlər ki, İraq dövlətini özlərinə itaət etdirələr. Biz İraqda aksiyaların keçirilməsinin şahidi olacağıq. Bu mitinqlər oktyabr ayında baş verəcək. İstəyirsiniz mənim bu sözlərimi yazın. Bu sözlər mənim təhlilim deyil. Bu sözlər dəqiq məlumatlardır. Bu işi xarici telekanallar vasitəsi ilə yayacaqlar. Bu etirazları xalqın ümumi narazılığı kimi göstərməyə çalışacaqlar. Amma əslində pərdə arxasında xarici qüvvələr dayanır”.

Qeyd edək ki, nümayişçilər hökumətin istefasını, korrupsiyaya qarşı mübarizə, habelə yaşayış şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil və əmək bazarında problemlərin həllini tələb edirlər.
BAKU.WS
QALEREYA