SİZİN REKLAM BURADA!
055 213 76 73


Yəməndə "Ənsarullah" hərəkatının döyüşçüləri bəyan edib ki, Səudiyyə Ərəbistanı ilə sərhədyanı əraziyə irimiqyaslı hücum zamanı 2 min hərbçi əsir götürülüb.

BAKU.WS
"əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, Səudiyyənin Nəcran şəhəri yaxınlığında 3 briqadası əsir düşüb. 

Əsirlər arasında yüksəkrütbəli zabitlər də olmaqla, həm Səudiyyə, həm də ərəb ölkələrindən hərbçilər var. 

Səudiyyə rəsmiləri bu məlumatla bağlı rəsmi açıqlama verməyib. 

Buna qədər Husilər sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə dron və raket hücumu həyata keçirmişdi.
BAKU.WS
VİDEO