Xatirə İslam: - “Maşınım yandırııdı!” - BAKU.WS
» » Xatirə İslam: - “Maşınım yandırııdı!”

13 июля 2009

Xatirə İslam: - “Maşınım yandırııdı!”

alt

Bu gecə səhərə yaxın müğənni Xatirə İslamın avtomobili yandırılıb. Bu barədə məlumatı BaKu.Ws-a Xatirə özü verib: - “Gecə təxminən, saat 4 olardı. Qapımız çox bərk döyüldü. Hamımız narahat olduq. Mühavizəçi maşınınız yanır deyib, tələsik liftə mindi. Mühavizəçinin bizi gözləməməsi məni bir az şübhələndirdi. Anamla pəncərədən baxdıq ki, doğurdan da maşın od tutub yanır. Qonşular da hamısı həyətdədir. Əllərində vedrə ilə su daşıyıb, odun üstünə tökürdülər ki, yanğın böyüməsin. Sonra iki yanğınsöndürən maşın gəldi. Səhər saat 6-ya yaxın maşının odu söndürüldü. Təsəvvür edin, maşınım partlasa bütün binamız yanacaqdı. Mühavizəçinin dediyinə görə, təxminən, 23-25 yaşlarında cavan oğlan olub. Əlindəki butulkadan benzini maşının üstünə səpib, od vurub. Mühavizəçi onun dalınca qaçsa da, çata bilməyib.”

Müğənni onu da deyib ki, maşını yanğından sonra elə də dəhşətli vəziyyətdə deyil. Təxminən, beş min manata yaxın xərci var. Xatirə yanğın baş verən zaman orada olan mühavizəçinin artıq polisə izahat verdiyini, özünün də izahat verəcəyini bildirib. Müğənni heç kimdən şübhələnmədiyini deyib. 

Qeyd edək ki, müğənniyə məxsus “10 NC 111” dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobil Bakının Nərimanov rayonu, Ziya Bunyadov 30 ünvanında (müğənninin yaşadığı binanın qarşısında) yandırılıb.

0

shares




Netty2013 Winner
Читайте также
свернуть

Предварительные ласки в бакинском автобусе (видео)

9-летний Джамиль Гусейнзаде взорвал интернет роликом «Я уеду жить в Гейчай» (видео)

Дочь Игоря Крутого хороша в бикини со всех сторон

Очередная безбашенная выходка Анастасии Волочковой

Дочь Абрамовича продемонстрировала свои сильные стороны в Сен-Тропе