SİZİN REKLAM BURADA!
055 213 76 73


Tarixin ən qəddar cütlüyü kimi yadda qalan Bonni Parker və Klayd Barrounun əşyaları hərraca çıxarılıb.

BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, Bostonda keçirilən hərracda Klaydın ölən zaman qolundakı saat 12 min dollara satılıb.

Bundan başqa, polisdən oğurladığı gülləkeçirməz jilet 3 min dollara müştəri tapıb. Cütlüyün soyğun və cinayətlərdə istifadə etdiyi tüfəng isə 17 min 717 dollara satılıb.

Qeyd edək ki, 1930-cu illərdə törətdiyi cinayətlərlə tarixə damğa vuran yaşayan Bonni və Klayd brlikdə 9-u polis olmaqla 13 nəfəri qətlə yetirib. ABŞ-da iqtisadi böhran yaşandığı həmin dövrdə onlar bank soyduqları üçün xalq tərəfindən qəhrəman da elan olunmuşdu.

1934-cü ildə polislərin avtomobili gülləbaran etməsi ilə ikisi də öldürülüb.
BAKU.WS
QALEREYA