SİZİN REKLAM BURADA!
055 213 76 73


Yunanıstan və Kipr mətbuatı Türkiyənin Aralıq dənizinin şərqində qaz yatağı kəşf etdiyini iddia edib.

BAKU.WS “Akşam”a istinadən xəbər verir ki, Yunanıstanın “Pella News” xəbər saytı Türkiyənin “Fatih” qazma gəmisinin 170 milyard kubmetr rezervi olan qaz yatağı tapdığını yazıb.

Hələlik bu iddia əsaslı şəkildə isbat olunmayıb. Üstəlik Türkiyə rəsmiləri hələlik bu iddiaya cavab verməyib.

Məlumat üçün bildirək ki, yunan və kipr mətbuatının iddia etdiyi 170 milyard kubmetr qaz Türkiyənin 3,5 illik tədarüküdür. Cəmi 3,5 illik qaz ehtiyatından ötrü Türkiyənin qazıntı işləri aparıb-aparmayacağı isə sual altındadır.

Digər bir məsələ bu iddianın Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasından sonra ortaya atılması da maraq doğurur.

Bu arada, qeyd edək ki, Avropa İttifaqı (Aİ) Kiprin xüsusi iqtisadi zonasında qazma işlərinin aparılmasına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərlərinin iclasının yükunları üzrə qəbul edilən Aİ Şurasının bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Türkiyənin qanunsuz qazma işlərinin davam etdirməsi və yeni fəaliyyəti fonunda Şura Hərtərəfli Hava Nəqliyyatı haqqında Sazişin imzalanması üzrə danışıqların dayandırılması, o cümlədən Assosiasiya Şurasının və Aİ və Türkiyə arasında yüksək səviyyəli dialoq üzrə gələcək iclasların keçirilməməsi barədə qərar qəbul edib.
BAKU.WS