SİZİN REKLAM BURADA!
055 213 76 73



İsrailin “The Jerusalem Post” qəzeti Türkiyəni açıq şəkildə hədəf göstərib.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, Yaakov Katz imzası ilə dərc olunan məqalədə Türkiyənin ABŞ, Avropa İttifaqı və NATO tərəfindən cəzalandırılmasına çağırış yer alıb.

NATO üzvü olan Türkiyənin ABŞ-dan hərbi dəstək aldığını bildirən israilli jurnalist bu yardımların kəsilməsinin vacib olduğunu bildirib. O, ABŞ-ın hərbi dəstəyini kəsməsinin kifayət olmayacağını və Türkiyənin NATO-dan kənarlaşdırılmalı olduğunu qeyd edib.

Yaakov Katz həmçinin Avropa İttifaqının Türkiyə ilə üzvlük müzakirələrini dərhal dayandırmalı olduğunu bildirib.

Jurnalist hesab edir ki, bütün bu addımlarla Türkiyənin diz çökməsinə nail olmaq mümkündür.

Nihat HÜSEYNZADƏ
BAKU.WS