SİZİN REKLAM BURADA!
055 213 76 73




Son zamanlar sığorta şirkətlərinin baş verən qəzalarda tərəflərdən forma 4 arayışını tələb etməsi halları artıb. Halbuki, ekspertlər bildirir ki, ehtiyac olmadığı halda sığorta şirkətlərinin belə tələb səsləndirməsi qanunsuzdur. Hətta bu pozuntuya görə sığorta şirkətinin rəhbəri vəzifəsindən azad edilə bilər.


Son vaxtlar yol-nəqliyyat hadisəsinə düşən sürücülər şikayətlənirlər ki, bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş qaydada sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, yol polisindənforma 4 kimi tanınan arayışı gətirməyi tələb edirlər. Ancaq ekpertlər isə bildirirlər ki, belə yanaşma sadəcə qanun pozuntusu yox, həm də sığortaçının və ya onun məsul əməkdaşının öz müştərisinə hörmətsizliyi deməkdir. Bu isə nəticədə sığorta şirkətinin imicinə öz işçisi tərəfindən vurulan zərbədən başqa bir şey deyil.

Forma 4 adı ilə tanınan bu sənədin hansı hallarda tələb ediləcəyi ilə bağlı icbari sığortalar haqqında qanunda konkret məqamlar qeyd olunub. Ekspert Aqşin Əlizadə bildirir ki, bu məqamlardan başqa sığortalıdan ayrı sənəd tələb oluna bilməz.

Aqşin Əlizadə bildirir ki, ehtiyac olmadığı halda sürücüdən hansısa sənədin tələb olunması ayrıca qanun pozuntusudur və məsuliyyət yaradır.

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov isə bildirir ki, ümumiyyətlə forma 4 sənədi ləğv edilməlidir. Çünki ordakı məlumatların elektron məlumat mübadiləsi ilə əvəzlənməsi üçün imkanlar artıq var. Çünki, Dövlət Yol Polisi ilə İcbari Sığortalar Bürosunun sistemləri arasında inteqrasiya mövcuddur. Belə olan halda yol polisindən büroya məlumatları ötürmək çox asan və sürətli şəkildə həyata keçirilə bilər.

BAKU.WS