SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan "Mercedes Sprinter" markalı nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində 1 ədəd olmaqla, cəmi 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində "10 rubl 1899", 7 ədəd, arxa tərəfində "10 rubl 1900", 1 ədəd, arxa tərəfində "10 rubl 1901" və 2 ədəd, arxa tərəfində "10 rubl 1902" yazıları həkk olunan, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS