SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı kaskadyor Fərhad Fərmanlı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Aliyə Nazarbayevanın filminə dəvət alıb.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, tarixi mövzuda çəkilən "Tomiris" filminin çəkilişləri bu ilin sonunda başa çatacaq.

"Bu yaxınlarda Qazaxıstana gedirəm. Bir neçə səhnədə çəkiləcəm. Filmin prodüseri Qazaxıstan prezidentin kiçik qızı Aliyə Nazarbayevadır. Tarixi mövzuda çox uğurlu bir filmin alınacağına inanıram. Və ona da inanıram ki, oynadığım səhnəylə Los-Ancelesdəki Dünya Kaskadyorlar Akademiyasının mükafatını da alacam", - deyə Fərhad Fərmanlı bildirib.

BAKU.WS