SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Nyu York şəhərində terror aktı törədilib.

BAKU.WS-in məlumatına görə, pikapın velosiped yoluna girməsi nəticəsində azı 8 adam ölüb, 11 nəfər ciddi yaralanıb.

Maşınını Louer Manhattanda velosiped çığırına sürən 26 yaşlı kişiyə polis atəş açıb. O yaralanıb və həbs edilib.

Rəsmilər olayı terror kimi qiymətləndirirlər.

ABŞ mediası yazır ki, sürücü 2010-cu ildə Amerikaya gəlmiş Sayfullo Saipov adlı mühacirdir.

Nəqliyyat vasitəsindən özünü İslam Dövləti adlandıran hərbi birləşməyə aid qeyd tapılıb, CBS News hüquq-mühafizə orqanlarına istinadən xəbər yayır.

Saxlanmış şəxs hospitala yerləşdirilib.

BAKU.WS