SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
APA-nın məlumatına görə, bu barədə İsveçin SVT kanalı məlumat verib.
 
"İlkin məlumata görə, Stokholmda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb”, deyə İsveç paytaxtı polisinin nümayəndəsi Lars Bistryom bildirib.
 
Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. 
 
BAKU.WS