VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tovuzda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, 24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.  

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Ailənin iki övladı olub.  

***

Tovuz rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, hadisə rayon avtovağzalı ərazisində baş verib.

Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək öldürülüb.

Hadisə yerinə polis hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparırlar.