SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İsveçin paytaxtı Stokholmda terror aktı törədilib. BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, naməlum şəxs yük maşını insanların üzərinə sürüb. 

Nəticədə 5 nəfər ölüb, 8 nəfərin yaralandığı bildirlir. Hadisədən sonra maşın ticarət mərkəzinə girərək dayanıb. Sürücü polis tərəfindən saxlanılıb. 
 
İsveçin baş naziri Stefan Löven deyib ki, bütün əlamətlərin baş verən hadisənin terror aktlı olduğunu göstərir. Yük avtomobilinin məxsus olduğu "Spendrups” şirkəti avtomobilin qaçırıldığını açıqlayıb.
 
BAKU.WS