SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyədən sonra daha bir ölkənin hava limanında bomba hıyacanı yaşanıb.
 
BAKU.WS xəbər verir ki, Sankt-Peterburqun "Pulkovo" hava limanında kamikadze oldğu güman edilən bir nəfər saxlanılıb. Yerli polisin verdiyi məlumata görə, şübhıli şəxs özü kamikadze olduğunu elan edib. Hadisə yeri dərhal mühasirəyə alınıb və əraziyə xidməti itlər gətirilib. Araşdırmalar nəticəsində şübhəli bilinən şəxsin üzərindən, eləcə də baqajından heç bir partlayıcı əşya aşkar olunmayıb.

Hadisə ilə bağlı Çelyabinsk sakini həbs olunub. Onun barəsində Rusiya Federasiyasının 207-ci maddəsi ilə (terror aktı barədə bilə-bilə yanlış məlumat vermək) cinayət işi açılıb. Onu 3 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
 
BAKU.WS