SİZİN REKLAM BURADA!
055 213 76 73


Bildiyiniz kimi, 28 oktyabr tarixində düşmənin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq döyüş bölgəsindən xeyli aralıda yerləşən dinc Bərdə şəhərini “Smerç” yaylım atəşli raket sistemindən atəşə tutması nəticəsində xəsarət alanlar arasında Yelo Bankın Bərdə filialının əməkdaşı Paşayev Niftalı da var idi.

Nankor hücum nəticəsində ağır yaralanan həmkarımızı xilas etmək üçün bütün komandamızı səfərbər edib Niftalının sağalması üçün əlimizdən gələni etdik, amma, çox təəssüf, dualarımız və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı.

Bu xəbərdən nə qədər sarsıldığımızı ifadə etmək çox çətindir, Niftalının yaxınlarının hal-hazırda keçirdiyi hissləri hər birimiz keçiririk.

Yelo Ailəsi olaraq həmkarımızın ailəsinə səbir diləyir və dəstəyimizi onlardan əsirgəməyəcəyimizi bildiririk.

Allah rəhmət eləsin!

BAKU.WS