SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, media təmsilçilərinin və müstəqil siyasi ekspertlərin iştirakı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda dəyirmi masa keçirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/69591


Heydər Əliyev Fondu 17 min aztəminatlı ailənin övladına, uşaq evləri və internat məktəblərində məskunlaşan şəxslərə məktəb ləvazimatları hədiyyə edir.

Fonddan BAKU.WS-ə verilən məlumata görə, hədiyyələr bu il birinci sinfə gedən şagirdlərə verilir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/69593


Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasovanın bu gün məhkəməsi başlayıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.
Hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/69610


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/69609


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib.

"Bakı Metropoliteni" ilk dəfə olaraq stansiyaya gedən yolda dəmir beton bloklardan istifadə edib. Təmir müddətində stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülərək əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılıb. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülüb, vestibülün əsaslı təmiri aparılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/69617

BAKU.WS