“Yüksəliş” müsabiqəsində iştirak üçün - QAYDALAR

“Yüksəliş” müsabiqəsində iştirak üçün - QAYDALAR
Video 365

İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

BAKU.WS xəbər verir ki, qeydiyyat mərhələsində müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək.

Oxşar xəbərlər

Son xəbərlər