“Yoldaşım deyirdi ki, utanıram” – Ağır xəstəlikdən əziyyət çəkən Musa Yaqub - VİDEO
02
noy
2018
14:42
ARB TV-nin “Səhər-Səhər” verilişində tanınmış şair Musa Yaqubun sağlıq durmunun son vəziyyəti ilə bağlı sujet yayımlanıb.“Səhər-Səhər” komandası tanınmış şairi evində ziyarət edib. Musa Yaqub hazırda gəzə bilmədiyini və daha çox tənginəfəslikdən əziyyət çəkdiyini deyib:“Babatam. Çox ağır xəstəlik keçirdim, amma sözün düzü, gedirdim. Məni millət qaytardı. Qocaların əllərinə baxanda deyirdim bu nədir, damarlar... Mənim əlim qəşəngdir. İndi öz əlimə baxıram, tanımıram. Rəhmətlik yoldaşım deyirdi ki, sənin saçlarından utanıram. Deyirdim bala niyə? Deyirdi ki, yaşıdlarının saçı ağdır, səninki qara. Elə bilirlər rəng qoymusan. Zəlimxan Yaqub, mən, Mikayıl Mirzə Türkiyədəydik. Hamamda məni güdürdülər ki, görək bunun saçı nə rəngdədir. Dedim, bala, mənim saçım rəng götürmür. Elə bir ağrım yoxdur, biraz tənginəfəslik var. Ayaqlarım Baba dağda o daş yoxdur ki, ayaqlamasın. Amma indi gəzə bilmirəm. Nə bilim?! Vallah bilmirəm ki, özümə nə olub?!”.BAKU.WS
Oxşar xəbərlər
"Mədəm yoxdur, hər gün arıqlayıram, xəstəlik artır" - Tünzalə ağladı (VİDEO)
Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişinin qonağı olub.BAKU.WS-in məlumatına görə, “Toppuş bacı” ləqəbi ilə tanınan Tünzal...