Xoşqədəm Hidayətqızı: "Doğuşla aramızda söz-söhbət yaranmışdı, bir ay danışmadıq" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Hər şey sizin kameradan gördüyünüz kimi deyil. Kamera arxasında bizim yaşadıqlarımız var. Hansı ki biz o neqativ enerji ilə sizi yükləmək istəmirik. Uşaqlarım Arda ilə Arının iki yaşı var idi. Doğuş bəylə arasmızda söz-söhbət yaranmışdı. Təxminən bir ay danışmadıq. Bunu nə bizim uşaqlar, nə də ailələrimiz hiss etdi. Bir ay faktiki olaraq danışmadıq. Əgər həmin vaxt biz ikimiz danışmamağa davam etsəydik, bu gün biryerdə olmayacaqdıq".
BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın Azərbaycan" proqramında deyib.
O bir zamanlar həyat yoldaşı Doğuş bəylə aralarında yararan soyuqluğa görə uşaqlarının arıqladığını qeyd edib:
"Doğuş bəy ipə-sapa yatmayan bir adamdır. Bu ayın 21-də bizim doqquz ilimiz tamam oldu. Türkiyə mətbuatı şok yaşayır ki, bu necə baş verir? 1-2 ay sonra münasibətini bitirən adam necə olur ki, 9 il evli qalır. Arda ilə Arın eyni çəkidə doğulublar. Bir ay atalarını görməyən Arda ilə Arın iki kiloqram arıqladılar. Yemək yemirdilər. Ondan sonra biz ikimiz o qədər sürətlə vəziyyəti düzəltdik ki... İndiyə qədər heç kim deyə bilməz ki, biz bir gün ayrı qalmışıq".
Qeyd edək ki, Xoşqədəmlə Doğuş 2014-cü il oktyabrın 22-də ailə həyatı qurublar. Onların Arda ilə Arın adlı əkiz övladları var.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...