Xoşqədəm efirdə ŞOK yaşadı - bir evdə iki qadınla... (VİDEO)

23
yan
2019
12:17
Azərbaycanda orta əsrlərə xas ailə mövcuddur. BAKU.WS xəbər verir ki, Ağsu rayonunda yaşayan kişi iki arvadla bir evdə yaşayır. Dəhşətli məqamlardan biri də budur ki, Məleykə və Zemfira adlı qadınlar 30 ildir eyni kişini və eyni evi bölüşür. Kişinin iki arvaddan səkkiz övladı var. Birinci arvad üç, ikinci arvad beş uşağı dünyaya gətirib. Səkkiz uşaq bərabər böyüyüb. Onlardan altısı artıq ailə qurub. Rəsmi nikahlı birinci həyat yoldaşı yaranmış vəziyyətlə barışmasını belə izah edib: "Getməyə yerim yoxdur, neyləyə bilərdim"? Qeyd edək ki, Məleykənin qızı Ayşən 2 il əvvəl itkin düşüb. Bədbəxt qadın qızını axtarmaq üçün "Səni axtarıram" verilişinə müraciət edib. Aparıcı Xoşqədəm Hidayətqızı məsələni araşdırarkən kişinin bir evdə iki arvad saxladığı üzə çıxıb. Zülfiyyə Qurbanova BAKU.WS

Oxşar xəbərlər
Ərdə ola-ola atası yaşda kişi ilə ailə qurdu — Bakıda şok hadisə
3 uşağını atıb başqa kişi ilə ailə quran qadınla bağlı yeni faktlar ortaya çıxıb.BAKU.WS milli.az-a istinadən xəbər verir ki, 31 yaşlı gəlinin keçmiş əri, arvad...