Xəzərin suyu niyə azalır? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qapalı su hövzəsi olduğundan Xəzərin səviyyəsində periodik dəyişmələr mümkündür.
Səviyyənin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır.
Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə BAKU.WS-ə bildirib ki, dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir.
Beynəlxalq iqlim modellərinə görə Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayət qədər qeyri-müəyyənlik və uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən hazırda Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil.
R.Səttar-zadə qeyd edib ki, Xəzər dənizinin səviyyəsində hazırda müşahidə edilən enmə prosesi 1995-ci ildən müşahidə edilir.
Oxşar xəbərlər
Respublika yollarındakı vəziyyətlə bağlı AÇIQLAMA
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar...