Xəzər Televiziyasının nüfuzundan istifadə edən işbazlar ortaya çıxıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
15 ildir ölkəmizin informasiya təminatında önəmli rol oynayan Xəzər Televiziyası və “Xəzər Xəbər” informasiya xidmətinin nüfuzundan istifadə edən işbazlar ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, onlar Xəzər Televiziyası və “Xəzər Xəbər”in adlarından istifadə edərək müxtəlif sosial şəbəkə platformalarında saxta səhifələr yaradır.
Daha da pisi odur ki, belə səhifələr yalan, dezinformasiya və ajiotaj yaratmağa hesablanmış mənfi yüklü xəbərlər yayırlar. Bəyan edirik ki, bu cür səhifələrin Xəzər Media Mərkəzi ilə heç bir əlaqəsi yoxdur.
Bununla bağlı bütün faktları toplayaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək. İzləyicilərdən xahiş edirik ki, Xəzər Televiziyasının və “Xəzər Xəbər”in rəsmi sosial şəbəkə hesablarından başqa eyni adlı saxta səhifələri izləməsinlər.
Bir daha Xəzər Televiziyası və “Xəzər Xəbər”lə bağlı məlumatları ancaq rəsmi səhifərimizdən izləməyi sizlərdən xahiş edirik!
Mövzu ilə bağlı videoaçıqlamanı təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...