Xankəndiyə yola salınan humanitar yük avtomobilləri Ağdama çatıb - YENİLƏNİB - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım Ağdama çatıb.
Bu barədə Report-un avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir.
Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən Ağdam-Xənkəndi yolu istiqamətinə hərəkət edir.
Qeyd edək ki, bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib ki, avqustun 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti İdarəetmə Şurasının qərarına uyğun olaraq bəyanat imzalanıb: “Bəyanatımızın da fəlsəfəsinə görə irqindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insana yardımçı olmaqdır. Sözügedən bəyanatdan sonra biz bu məsələləri icraya göndərmişik və hazırda humanitar yardımımız göndərilir. Qırmızı Aypara Cəmiyyətinin rəhbər işçiləri, o cümlədən könüllülərimiz Ağdam-Xankəndi yoluna doğru irəliləyəcək”.
“Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”, - o, vurğulayıb.
***15:52
Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama doğru irəliləyir.
Baku TV-nin avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir ki, unla yüklü iki avtomobil hazırda Yevlax rayonu ərazisindədir.
Qeyd edək ki, 40 ton un yüklənmiş humanitar yardım avtomobillərinin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
***09:34
"Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna yollanacağıq".
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan deyib.
Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:
"Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik".
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...