Vilayət Eyvazov sıra baxışı keçirib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Xaçmaz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən bildirilib.
Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından qəbula gələn 143 nəfər vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Həmin gün general-polkovnik V.Eyvazov adıçəkilən rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı da keçirib.
Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 152 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 55-i Vətən müharibəsi iştirakçısı olub.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...