Vaşinqtonda yaşayan azərbaycanlılar və türklər erməni təxribatına belə cavab verdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Hər il aprelin 24-də olduğu kimi, bu il də Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan ermənilər əsassız iddiaları gündəmə gətirmək üçün nümayiş keçirib.
Türkiyənin Vaşinqtondakı səfirliyi və səfirin iqamətgahı qarşısına toplaşan türk ictimaiyyəti isə erməni iddialarına və ABŞ prezidentinin 1915-ci il mesajına etiraz edib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Türk cəmiyyətinin nümayişinə azərbaycanlılar da dəstək verib.
Türkiyə səfirliyinin qarşısından keçən ermənilər əllərində çoxəsrlik yalanlarını əks etdirən təxribat xarakterli pankartlar gəzdirib.
Türklər isə 1915-ci il iddialarının sadəcə yalan olduğunu bildirən pankartlarla təxribata cavab verib.
Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan və türk cəmiyyətinin nümayəndələri bir ağızdan marşlar və mahnılar ifa ediblər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...