Uşaqların yeni il sürprizləri - Qutusu böyük, içi boş hədiyyələrin qiyməti - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni ili qarşılmağımıza sayılı günlər qalıb. Bayrama ən çox sevinən isə uşaqlardır. Balacaları xoşbəxt etmək üçün yeni il hədiyyələri alınır ki, onların da qiyməti olduqca bahadır.
BAKU.WS xəbər verir ki, atv-nin əməkdaşı qutusu böyük, içi boş hədiyyələrin qiyməti və keyfiyyəti ilə maraqlanıb.
Sürprizli bağlamaların qiyməti 5 manatdan 75 manata qədər dəyişir. 6 manatlıq qutunun içində 3 manat 50 qəpiklik hədiyyə var.
Keyfiyyət məsələsinə gəldikdə isə, aydın olur ki, valideynlər məhsulların köhnə olduğundan gileyləniblər. Onlar bu hazır qutuların əvəzinə evdə özlərinin hazırladıqları hədiyyəli bağlamalara daha çox üstünlük verirlər.
Elə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da hədiyyə qutularındakı məhsulların keyfiyyətsiz ola bildiyini vurğulayıb.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Məktəbli ləvazimatının qiymətləri nə qədər artırılıb? – “Sədərək” və yarmarkadan REPORTAJ + FOTO
Üç həftə sonra növbəti tədris ili başlayacaq. Bu isə özlüyündə ilk olaraq məktəbli forması və məktəb ləvazimatlarının qiymətlərini gündəmə gətirir. Hazırda ölkə...