Tutuquşu oyun zamanı futbolçuya hücum etdi - Braziliyada maraqlı hadisə

Tutuquşu oyun zamanı futbolçuya hücum etdi - Braziliyada maraqlı hadisə
Video
Video 160

Braziliyada keçirilən gənclər arasında ölkə kuboku oyununda maraqlı və qeyri-adi hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, "Flamenqo" ilə "Seara" komandaları arasında keçirilən qarşılaşma tutuquşunun meydançaya daxil olması səbəbindən qısa müddətə dayandırılıb.

Hadisə matçın 17-ci dəqiqəsində Teresopolis şəhərində baş verib. Tutuquşusu aşağı hündürlükdə uçaraq "Flamenqo"nun müdafiəçisi Valmirin üzərinə istiqamətlənib və qanadı ilə ona toxunmağa çox yaxın olub. Gözlənilməz vəziyyətlə üzləşən futbolçu zərbədən yayınmaq üçün yerə əyilməli olub.

Epizoddan sonra baş hakim oyunu müvəqqəti dayandırıb. Tutuquşu meydançadan uzaqlaşdıqdan sonra qarşılaşma davam etdirilib.

Görüş "Seara"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, meydançaya daxil olan tutuquşu növcə dünyanın ən iri tutuquşularından hesab olunur. Bəzi növlərinin uzunluğu quyruğu ilə birlikdə 90-100 santimetrə, qanad açıqlığı isə bir metrdən artıq ola bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər