Türkiyəli müğənni: "Nənəm azərbaycanlıdır" - VİDEO
ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin qonağı olan türkiyəli müğənni Tuğba Özerk maraqlı açıqlamalar verib:
"Çox sevindim buraya gəldiyinizə. Mənim köküm də azəridir. Nənəm İran tərəfdən azəridir. Millət olaraq çox yaxınıq sizinlə. Musiqilərimdə sizin boğazlarınızdan istifadə edirəm. Hal-hazırda klip çəkilişlərimiz gedir. "Getmə" adlı mahnıya klip çəkirik. Havalar soyuduğu üçün qapalı ərazidə çəkirik. İlk dəfədir ki, sadə klip çəkdirirəm. 3-4 planda çəkirik. Hüznlü roldayam. Mahnılarımı özüm yazıram. Çoxunda da hüznlüyəm. Bunları daha yaxşı yazıram. Cəmiyyət olaraq da hüznlü mahnılara daha çox üstünlük veririk. Yaralarına toxunuram".
Daha sonra müğənni Azərbaycanda da konsert vermək istədiyini bildirib: "Heç gəlmədim sizin ölkəyə. Amma çox istərəm qısa zamanda gəlim. Orada çoxdur sevənim. Konsert vermək istəyərəm. Sosial şəbəkələrdən azərbaycanlılar tərəfindən çoxsaylı təriflər gəlir mənə. Bir albomumda sizin bir mahnını oxumuşdum. Sezen Aksu məni ilk dəfə səhnəyə çıxaranda sizin "Ayrılıq" mahnısını ifa etmişdim".
BAKU.WS
Oxşar xəbərlər
Türkiyəli aktyor: “Nənəm Gəncədəndir, qohumlarımız ancaq Azərbaycan kanallarına baxırlar”
Türkiyəli məşhur aktyor Tamer Karadağlı ARB TV-nin "Türk şou-maqazin” verilişinə maraqlı açıqlamalar verib. BAKU.WS xəbər verir ki, sevilən aktyor yeni çəkiləc...