Tovuz xəstəxanasından qazilərlə bağlı qalmaqala RƏSMİ CAVAB - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz Rayon Mərkəzi Xəstəxanası ittihamlara cavab verib.
Tovuz RMX baş həkimi Mahirə Quliyeva BAKU.WS-ə bildirib ki, bazar günü növbətçi həkimin biri reanimasiya şöbəsində, digəri isə təcili yardım şöbəsində olur:
"Həmin vaxt da həkimlər xidmət yerində olublar, onlar xəstəyə lazımi yardım göstəriblər. Həmin gün qaziyə baş çəkmək üçün digər döyüş yoldaşları da xəstəxanaya gəliblər. Təəssüf edirik ki, bu qazilərdən birinin də vəziyyəti anidən pisləşib. Tərəfimizdən ziyarətçi qazimizə də həm stasionar, həm də ambulator yardım olunub. Qazimizin birində dərin psixonevroloji problemlərin olduğu müəyyənləşdirilib.
Odur ki, Vətən müharibəsi iştirakçımızın 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi tövsiyə olunub. Lakin qazinin atası övladının həmin xəstəxanaya göndərilməsinə icazə vermədi.
Hazırda həmin şəxslərin müalicəsi aparılır. Lakin ixtisaslı xəstəxanaya göndərilməsi tövsiyə olunur".
***10:22
Tovuz Rayon Mərkəzi Xəstəxanasında Vətən müharibəsi qazilərinə tibbi müdaxilə etmək üçün həkim tapılmayıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntüləri lentə alan şəxs bildirib ki, halı pisləşən üç qaziyə yardım göstərmək üçün xəstəxanada növbətçi həkim belə olmayıb.
Halı pisləşən qazilərə öz yaxınları və döyüş yoldaşları köməklik göstərib.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı fikir ayrılıqları: Həkim və xəstənin səlahiyyətləri hansılardır?
Aprelin 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Tibb müəssisələrində icbari tibbi sığortanın...