Top mərmiləri tapıldı — əraziyə nazirliyin xüsusi qrupu cəlb olundu
Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində sursat aşkar edilib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 2 ədəd OF350 76 mm-lik yivli top mərmisi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oxşar xəbərlər
Binəqədidə bir həftə əvvəl çəkilən asfalt çöküb
Binəqədi rayonunda bir həftə əvvəl çəkilən asfalt çöküb. BAKU.WS xəbər verir ki, hadisə Binəqədi rayonu, Mir Cəlal küçəsində bir həftə əvvəl çəkilən yolda baş v...