Tonlarla xurma bağlarda məhv olur - 10 qəpiyə də alan yoxdur - VİDEO
28
okt
2019
08:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərədədə xurma yetişsə də, tonlarla məhsul bağlarda qalıb. Kəndlilər yetişdirdikləri xurmanı sata bilmir.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Yenidaş kənd sakini Elçin Bayramov xurma yetişəndən indiyə kimi bir dəfə satıb. İki hektar bağda meyvənin yarısı agacda, yarısı isə yerdə qalıb. Hazırda kilosu 10 qəpikdən də aşağı olan xurmaya alıcı tapılmır.Elçin Bayramov deyir ki, rayonda eyni sort xurma yetişdirənlər çoxdur. Onlarda da vəziyyət eynidir. Odur ki, satılmayan meyvələr məhv olmaq üzrədir.Tovuzda da şişburun adlandırılan meyvənin yığımına başlanılıb. Ötən illə müqayisədə bu mövsüm məhsuldarlıq daha yüksəkdir. Qiymətlərdə də fərqlər var. Bu il bağ sahibləri xurmanı ötən ilə nisbətən ucuz satırlar.Qıymətlər ucuz olsa da Tovuzda mal satılır. Alıcılar meyvəni Rusiya bazarlarına aparır.Bir yeşikdə 8-10 kiloqram xurma olur. Ölkəmizdə xurmanın bir neçə sortu yetişsə də, daha çox tələbatın yapon və şərq növlərinədir.
Oxşar xəbərlər
Bazarda kilosu 70 qəpiyə olan bu məhsulu onlar 8 qəpiyə satırlar - VİDEO
Sahələrdə badımcan yığımına başlanılsada, hazırki qiymət fermerləri qane etmir. Sabirabaddan olan fermerlər bol məhsul götürsələr də, onlar götürdükləri məhsulu...