Tavuşda bir qrup erməni silahlı qüvvələrinin mövqelərinə doğru qaçıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Tavuşda bir qrup erməni Ermənistanın silahlı qüvvələrinin mövqelərinə doğru qaçıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Bildirilir ki, onların bunu etməkdə məqsədi Azərbaycanın apardığı minatəmizləmə işlərinə və delimitasiya prosessinə mane olmaqdır.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...