Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilib - YENİLƏNİB - FOTO/VİDEO

Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilib - YENİLƏNİB - FOTO/VİDEO
Foto Video
Video 212

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov iştirak ediblər.

Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra bir qrup hərbi qulluqçular medallarla təltif olunub. Rəsmi hissədən sonra konsert proqramı başlayıb.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

***14:10

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.

Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın Müdafiə nazirliklərinin yaradıcı heyəti tərəfindən konsert proqramı təşkil olunacaq.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

***12:20

Bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, tədbirdə hər iki tərəfdən yüksəkrütbəli hərbi rəsmilərin iştirakı gözlənilir.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər