Sumqayıtda qızını qətlə yetirməkdə şübhəli bilinən ata: “Sıxıntılarım var idi” - VİDEO

“Psixoloji problemim, sıxıntılarım var idi. Keçinə bilmirdim”.
Bu sözləri Baku TV-yə açıqlamasında Sumqayıtda yaş yarımlıq qızını dənizdə boğaraq öldürməkdə ittiham olunan ata deyib.
Qeyd edək ki, Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası - 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli bilinir.
Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib. Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.
Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

Oxşar xəbərlər
Atası tərəfindən öldürülən azyaşlının nənəsi və babası DANIŞDILAR - VİDEO
Sumqayıtda dəniz sahilində bir yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində şübhəli bilinən atası - 1984-cü il təvəllüdlü Ahmet Yeşil Turanla bağlı...