Sükan arxasına əyləşən sürücü ilk nəyə diqqət yetirməlidir?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Necə olmalıdır?" podkastının növbəti buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda qəzalara səbəb olan sürücü davranışlarından və bu cür halların qarşısının alınması üçün sürücülərin riayət etməli olduqları məqamlardan danışılıb.
Verilişdə sükan arxasına əyləşən sürücünün ilkin olaraq nəyə diqqət yetirməli olduğu, eyni zamanda avtomobillərin güzgülərindən düzgün istifadə qaydaları izah olunub.
Həmçinin üfüqi nişanlanma olmayan yollarda sürücülərin necə davranmalı olduqları və dairəvi hərəkət təşkil olunmuş yol sahələrində daxilolma və çıxma qaydaları müzakirə olunub.
Podkastın qonağı yol hərəkəti qaydaları üzrə ekspert Aqil Rəhimovdur.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....